Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, həzrət Ayətullah Cavadi Amuli bazar ertəsi bir qrup istehsalçı və xeyriyyəçilər ilə görüşdə onların xeyriyyəçilik və istehsal sahəsindəki fəaliyyətlərini yüksək qiymətləndirərək bildirib ki, İslam İnqilabının qazandığı qələbə və uğurlar xalqın imanının, ilahi rəhbərliyin və həmçinin ixlasla aparılan mübarizələrin bəhrəsidir.
Həzrət Ayətullah Cavadi Amuli bildirib: Allah-taala bəzən öz dininə qeybi yardımlarla, bəzən isə xalqın meydandakı iştirakı vasitəsilə kömək edir. Heç kim düşünmürdü ki, aylarla qadınlar və kişilər bu şəkildə meydanlarda iştirak edəcək, İnqilabın və İslamın carçısına çevriləcəklər. Əziz rəhbərimiz böyük bir iş gördü, sonra isə şəhadət şərbətini içdi və şəhid kimi dünyadan köçdü. Lakin xalqın meydandakı iştirakı və bu hərəkatı da əsla kiçik hesab etmək olmaz.
İsrail və ABŞ İran qarşısında alçaldıldı
O həzrət son onilliklərdə baş verən hadisələrə toxunaraq qeyd edib: Bir zamanlar İranda müsəlmanların sionist rejim üzərində qələbəsi üçün dua məclisi keçirmək belə mümkün deyildi. Lakin bu gün İslam İnqilabının bərəkəti, eləcədə xalqın müqaviməti, şəhidlərin fədakarlığı və həmçinin ilahi qüdrətə arxalanmaq sayəsində İsrail və ABŞ İran qarşısında alçaldılıblar.
Yüksək iradə və cihad ruhiyyəsi ilə cəmiyyətə xidmət edin
Həzrət Ayətullah Cavadi Amuli İnqilabın ilk illəri və İran İslam Respublikasının məhkəmə sisteminin formalaşması dövrünə dair xatirələrini yada salaraq minnətsiz xidmət göstərməyin və dünya malına bağlılıqdan uzaq olmağın zəruriliyini vurğulayaraq bildirib: İnqilabın ilk illərində dövlətin bir çox ağır məsuliyyətləri çox məhdud imkanlarla və heç bir maddi gözlənti olmadan yerinə yetirilirdi. Elə ali məhkəmə sistemində də ixlas, cihad ruhiyyəsi və heç bir təmənna olmadan bu böyük məsuliyyəti öz üzərinə götürərək cəmiyyətə xidmət edən böyük şəxsiyyətlər var idi. Bu gün də eyni ruhiyyə ilə xalqa xidmət göstərmək mümkündür.
8 illik İran və İraq müharibəsi zamanı xalqın şücaəti sayəsində qalib gəldik
Həzrət Ayətullah Cavadi Amuli İran və İraq müharibəsi illərinə toxunaraq İslam döyüşçülərinin qəhrəmanlıqlarını ölkənin qüdrətinin əsas sərmayəsi adlandıraraq deyib: Bu gün ölkənin təhlükəsizliyi və izzəti ən ağır şəraitdə İslamı, İranı və bu vətənin namusunu qorumaq uğrunda canlarını fəda edən insanların fədakarlıqlarının bəhrəsidir. Bizim elə əzizlərimiz olub ki, Kürdüstanın sərt qışında səngərlərini qorumaq üçün son ana qədər müqavimət göstəriblər, soyuqdan donaraq şəhid olublar. Onların cənazələrini Qumd şərhində yerləşən Əzəm məscidinə gətirəndə adətən yas məclislərində Quran oxuyur, fatihə veririk və axıra qədər oturmuruq. Amma həmin gecə məclisin sonunadək oturdum və ağladım. Savab qazanmaq üçün yox, xəcalətdən ağladım. Buna görə də bilməliyik ki, biz səkkizillik müharibədə heç bir imkanımız olmadan yalnız xalqın malik olduğu ilahi şücaət sayəsində qalib gəldik.
Həzrət Ayətullah Cavadi Amuli çıxışının başqa bir hissəsində yüksək iradəyə və din qarşısında məsuliyyət hissinə malik olmağın vacibliyini vurğulayaraq bildirib: Heç vaxt gileylənməyək, əksinə, yüksək iradəli olaq. Biz Allahın yer üzündəki nümayəndəsi və xəlifəsi ola bilərik. Həmişə Allahdan istəyək ki, sən öz dinini qoruyursan, bəs nə üçün bu iş mənim əlimlə olmasın?
«اللَّهُمَّ اجْعَلْنِی مِمَّنْ تَنْتَصِرُ بِهِ لِدِینِکَ... وَلَا تَسْتَبْدِلْ بِی غَیْرِی»
«İlahi! Məni dininə kömək etdiyin şəxslərdən qərar ver və məni başqası ilə əvəz etmə.»
O əlavə etdi ki, mömin Allahdan istəməlidir ki, onu öz dininə yardım vasitəsi qərar versin və həmişə arzulamalıdır ki, Allahın bəndələrinə xidmət yolunda ilahi iradənin nümayəndəsi olsun, bu məsuliyyət başqasına verilməsin.
Əmək, istehsal və xalqa xidmət mədəniyyətinin yayılmasının zəruriliyi
Həzrət Ayətullah Cavadi Amuli əmək, istehsal və xalqa xidmət mədəniyyətinin yayılmasının vacibliyini vurğulayaraq yoxsulluğu cəmiyyətin ən böyük sosial problemlərindən biri adlandırdı və dedi:
Əmirəl-möminin Əli (ə) buyurur: «Heç bir qamçı yoxsulluq qədər ağrılı deyil.» Buna görə də hər kəs dini dəyərlərin təbliği ilə yanaşı, yoxsulluğun azaldılması, ehtiyac sahiblərinin dəstəklənməsi, istehsalın və məşğulluğun gücləndirilməsi üçün çalışmalıdır ki, heç bir ailə evinə əliboş və xəcalət içində qayıtmasın.
Bu təqlid mərcəsi görüş zamanı üçün dua edərək uca Allahdan cəmiyyətə xidmət edən hər kəsə xeyir, islah və nicat nəsib etməsini, onlara dərin anlayış, güc, imkan və yüksək idrak bəxş etməsini dilədi.
Xalqa xidmət etməkdən yorulmayın
Həzrət Ayətullah Cavadi Amuli çıxışının sonunda vurğulayıb: İnsanların sözlərinin sizi xidmət meydanından uzaqlaşdırmasına imkan verməyin və heç vaxt yorulmayın. Həmişə əsas ünvanınız Allah olsun. Onunla danışın və yalnız onun razılığı üçün çalışın.
Xəbərin sonu
Rəyiniz